AZ

Ermənistanda siyasi "döyüş"lər başlayıb: Müxalif deputatlar Paşinyana "hücum" etdi

Donald Tramp ABŞ-də ikinci dəfə hakimiyyətə qayıtmaqla dünya düzəninə təsir etmək niyyətindədir. Qrenlandiya, Kanada və Panamayla bağlı bəyanatlarının səs-küyü səngiməmiş, Trampın Qəzza ilə bağlı fikirləri də aydın səmada şimşək effekti verdi. Hər kəs Qəzza əhalisinin köçürülməsini müzakirə etdiyi bir vaxtda, Trampın Putinlə saat yarımlıq telefon söhbəti dünya mediasının gündəmini zəbt etdi. Hər kəsin diqqəti dünya hegemonlarının söhbətinin müzakirəsinə qarışdığı bir vaxtda Ermənistan daxilində siyasi “döyüşlər” gedirdi.

Parlamentdə ənənvi hökumət saatında baş nazir Nikol Paşinyan müxalif deputatlarının “hücumuna” məruz qalıb. Paşinyanın ənənəvi düşmənləri bu dəfə də baş nazirin əsəbləriylə oynayıblar. Daim Paşinyanı tənqid edən “Ermənistan” blokunun deputatı Geqam Manukyan parlamentdə baş nazirə bir neçə atmaca atıb. O, Paşinyanın son bəyanatlarına işarə edərək, onun “tarixi Ermənistandan” imtinayla bağlı bəyanatını lağa qoyub:


Seçilən
133
paytaxt.org

1Mənbələr