Azərbaycanda lisenziyalı fəaliyyətdə olan "eManat" və ya hüquqi adı ilə "Modenis" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş icraçı direktoru dəyişib.
Demokrat.az banker.az-a istinadən xəbər verir ki, Rafin Bayramov elektron pul təşkilatının baş icraçı direktoru təyin edilib.
O bu vəzifədə Ruslan Talıbov Qanboy oğlunu əvəz edib.
Rafin Bayramov 2014-cü ildən bu "Modenis" MMC-nin direktor müavini idi. Bayramov 2004-2010-cu illərdə "Neftçi FK"da maliyyə direktoru, 2010-2013-cü illərdə isə "Modern Hospitaliti" MMC-də direktor müavini kimi işləyib.
Xatırladaq ki, "Modenis" MMC 2012-ci ildə təsis edilib və onun 5.39 mln. manat üzərində nizamnamə kapitalı var. Şirkət "Modern Şirkətlər Qrupuna" daxildir.

10Mənbələr
-
news24.azRafin Bayramova yüksək vəzifə verildi ( 15516815)
-
xezernews.azRafin Bayramova yüksək vəzifə verildi - FOTO ( 15519015)
-
demokrat.azRafin Bayramov “eManat”a rəhbər təyin olundu — FOTO ( 15518391)
-
editor.azRafin Bayramov “eManat”a rəhbər təyin olundu – FOTO ( 15518279)
-
moderator.azRafin Bayramov “eManat”a rəhbər təyin olundu - FOTO ( 15518003)
-
moderator.azRafin Bayramov “eManat”a rəhbər təyin olundu - FOTO ( 15518005)
-
apress.azRafin Bayramov “eManat”a rəhbər təyin olundu – FOTO ( 15517479)
-
referans.azRafin Bayramov “eManat”a rəhbər təyin olundu - FOTO ( 15517123)
-
news365.azRafin Bayramov “eManat”a rəhbər təyin olundu - FOTO ( 15517091)
-
cebheinfo.azRafin Bayramov “eManat”a rəhbər təyin olundu - FOTO ( 15516813)