Bakı. Trend:
2024-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatındamuzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilənisbətən 8,1 faiz artaraq 1009,2 manat təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.
Məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3729,4 manat, qeyrineft-qaz sektorunda 959,6 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 975,2manat, özəl müəssisələrdə isə 1044,1 manat olub.