AZ

Ötən ay Azərbaycanda sərnişin və yük daşımaları artıb

Bakı. Trend:

Bu ilin yanvar ayı ərzində yük və sərnişin daşımaları əvvəlkiilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 5,5 faiz və 7,9 faizartıb.

Bu barədə Trend Dövlət Statistiksa Komitəsindən məlumat əldəedib.

Məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərəntəsərrüfat subyektləri tərəfindən 18,4 milyon ton yük daşınıb.

Yüklərin 4,5 faizi dəniz, 8,2 faizi dəmir yolu, 0,2 faizi hava,55,7 faizi avtomobil nəqliyyatı, 31,4 faizi isə boru kəməri ilədaşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmışyüklərin həcmi 4,4 faiz artıb, daşınmış yüklərin ümumi həcmində busektorun xüsusi çəkisi 74,8 faiz təşkil edib.

2025-ci ilin yanvar ayında nəqliyyatçılar 157,2 milyon sərnişinəxidmət göstərmişlər. Sərnişinlərin 87,9 faizi avtomobil nəqliyyatı,11,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilədaşınıb.

Məqalədə:
Seçilən
137
2
az.trend.az

5Mənbələr