AZ

“SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən Yüksək Sıxlıqlı Polietilen zavodunun istehsal həcmi açıqlandı

Bakı. Trend:

“SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən YüksəkSıxlıqlı Polietilen (YSPE) zavodunun bu ilin fevralın 1-dəkistehsal həcmi 337 min ton təşkil edib.

Bu barədə TrendAzərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan dövrədək zavodun ixrac həcmi isə 310min tona bərabər olub.

Qeyd edək ki, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilənYüksək Sıxlıqlı Polietilen (YSPE) zavodu 18 fevral 2019-cu iltarixində istismara verilib.

YSPE Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neftixracının artmasına, idxaldan asılılığın azalmasına, kiçik və ortabiznes subyektlərinin inkişafına dəyərli töhfə verir.

Seçilən
145
1
az.trend.az

2Mənbələr