AZ

"Clarivate" vebinarları davam edir

Fevralın 20-də “Clarivate” şirkətinin Azərbaycan dilində vebinarlar seriyasından “Birgə tədqiqatların əhəmiyyəti” adlı vebinar baş tutacaq.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vebinarda aşağıdakı mövzular əhatə olunacaq:

  • “Web of Science Əsas Kolleksiya”

  • Təşkilat profili

  • Tədqiqatçı profili

  • Akademik və tədqiqat əməkdaşlığında çətinliklər

  • Birgə tədqiqatda qrant fondlarının rolu

  • "Collab-CNCI", Yeni Birgə Tədqiqat İndikatoru (InCites)

Vebinarda iştirak üçün aşağıdakı keçidə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.

Tarix: 20.02.2025, saat 11:00

Təlimçi: “Clarivate” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi İltifat İbrahimov

Vebinar iştirakçılarına sertifikat təqdim olunacaqdır.

Seçilən
165
2
azedu.az

8Mənbələr