AZ

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında dekabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

"Aznews.az" xəbər verir ki, gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 17-22° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim qərb küləyi əsəcək.

Seçilən
600
49
aznews.az

10Mənbələr