AZ

Türkiyədə şagirdləri daşıyan avtobus aşdı - ölü və yaralılar var

Türkiyənin Dənizli vilayətinin Buldan ilçəsində lisey şagirdlərinin olduğu mikroavtobus yoldan çıxaraq aşıb.


News365.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 26 nəfər isə yaralanıb.


Yaralılar xəstəxanaya çatdırılıb.


Hadisə yerinə jandarma, polis, yanğınsöndürmə və tibbi briqadalar göndərilib. Qəzanın səbəbləri araşdırılır.

Seçilən
180
3
news365.az

10Mənbələr