AZ

“Kanal-13”ün daha bir əməkdaşı saxlanıldı

“Kanal-13” internet televiziyasının əməkdaşı Rüfət Muradlı saxlanılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

 

Bildirilib ki, ona İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur) maddəsi üzrə ittiham irəli sürülüb.

 

R.Muradlı Xətai Rayon Məhkəməsinə aparılıb.

Tarix: 2 Dekabr 2023, 16:12   
Seçilən
614
40
pravda.az

10Mənbələr