AZ

ABŞ bu media orqanları ilə bağlı qərar verdi

ABŞ-də prezident Donald Tramp administrasiyasının federal ixtisarları media qurumlarına da təsir edib.

 

Bu haqda “Washington Post“ qəzeti məlumat yayıb.

 

ABŞ Dövlət Departamenti ilk dəfə fevralın 11-də dünyadakı diplomatik nümayəndəliklərdən missiya baxımından o qədər də lazım olmayan media abunələrinin ləğv edilməsi təlimatını verib.

 

Fevralın 14-də isə Dövlət Departamentinin əməkdaşlarına “The Economist”, “The New York Times“, “Politico”, “Bloomberg News”, “The Associated Press” və “Reuters“ kimi KİV-lərə abunəlikləri ləğv etmək tapşırılıb.

 

Qeyd olunub ki, departament işçiləri müəyyən abunəliklərin saxlanmasına etiraz edə bilərlər, lakin bunun üçün ciddi əsaslar təqdim etməlidirlər./APA

Tarix: 20 Fevral 2025, 09:16   
Seçilən
239
5
pravda.az

9Mənbələr