Ağdam. Trend:
Ağdam Muğam Mərkəzinin ərazisində 1250 kvadratmetrlik açıqamfiteatr da inşa edilib.
Trend-in Qarabağ bürosu xəbər verir ki, bunuAğdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetməXidmətinin mətbuat katibi Leyla Sarabi Ağdam şəhərinə təşkiledilmiş mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ümumi sahəsi 1,4 hektar olan Mərkəzin birincimərtəbəsində kafe, kinozal, kitabxana və iki rəqs zalıyaradılıb.
"Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər,o cümlədən muğam gecələri təşkil etmək üçün hərtərəfli şərait var.İkinci mərtəbədə inzibati otaqlar yerləşir. Mərkəzdə 14 dərs otağı,sərgi salonu, iclas zalı, müəllimlər otağı və digər otaqlarfəaliyyət göstərəcək. Ağdam Muğam Mərkəzinin ərazisində 1250kvadratmetrlik açıq amfiteatr da inşa edilib.Tikinti-quraşdırmaişləri artıq yekunlaşmaq üzrədir. Hazırda tamaşa zalında, binanınçöl hissəsində son tamamlama işləri görülür, müvafiq avadanlıq vəmebellər quraşdırılır".
Qeyd edək ki, muğamın təbliği və inkişafı istiqamətindədövlətimiz tərəfindən son illərdə görülən işlərə AzərbaycanınBirinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər ƏliyevFondu da mühüm töhfələr verir. Fondun həyata keçirdiyi layihələrinnəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahivə qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınıb.
Xatırladaq ki, Ağdam Muğam Mərkəzinin təməli 2023-cü il mayın2-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevatərəfindən qoyulub.