AZ

AYNA velosiped parkinqlərinə 1 mln. manatdan çox vəsait sərf edəcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi PHŞ yeni tender elan edib. 

Valyuta.Az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir. 

Məlumata əsasən Agentliyin elan etdiyi tender "velosipedlərin parklanması üçün konstruksiyaların alınması (quraşdırma daxil)" ilə bağlıdır.

Konstruksiyalar paslanmayan metaldan ( nikel) olmalı və paslanmamasına 2 illik zəmanət verilməlidir. 1 konstruksiyada 5 velosipedin parklanması nəzərdə tutulur (5 yerlik) . Toplamda isə 1.000 konstruksiyanın alınması planlaşdırılır. 

Agentliyin şərtlərindən biri də odur ki, tenderdə qalib gələcək şirkət çatdırılma və quraşdırma xidmətini də öhdəsinə götürməlidir.

Qeyd edək ki, tenderin ehtimal oluna qiyməti 1.114.999,70 manatdır.

Sözügedən tenderin üçün təkliflərin son təqdim edilmə tarixi 1 aprel 2025-ci il saat 15:00 təyin edilib.

Rəhim

Seçilən
254
6
valyuta.az

7Mənbələr