AZ

Milli Depozit Mərkəzinin Avropa bazarında hovuz hesabı açıla bilər - ÖZƏL

Bakı. Trend:

Milli Depozit Mərkəzinin (MDM) Avropa bazarında əsasdepozitarlar hesab edilən "Euroclear" və "Clearstream"də hovuzhesabı açılması üçün danışıqlara başlanılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq MDM-dənbildirilib.

Qeyd olunub ki, beynəlxalq depozitarlara üzvlük prosesində tələbolunan əməliyyat həcmləri və bu üzvlük əsasında saxlanılan qiymətlikağızların iqtisadi səmərəliliyi əsas amil kimiqiymətləndirilməlidir.

Məlumatda vurğulanıb ki, xüsusilə Avropa bazarında əsasdepozitarlar hesab edilən "Euroclear" və "Clearstream" üzvlüyəqəbul imkanlarını araşdırarkən, yerli bazar iştirakçılarının maraqdərəcəsi və bu depozitarlarda saxlanılması planlaşdırılan qiymətlikağızların həcmi əsas götürülür:

"Bundan əlavə, bu kimi beynəlxalq depozitara üzvlüyə qəbulolunmaq üçün sözgedən qurumun risk idarəetmə siyasəti, cinayət yoluilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğunmaliyyələşdirilməsinə qarşı mübarizə (ƏL\TMM) prosedurlarıbeynəlxalq tələblərə tam uyğun olmalıdır.

Daxili bazar iştirakçılarının Avropa bazarlarında emissiyaedilən qiymətli kağızlara marağının nisbətən az olması, beynəlxalqdepozitarlara üzvlük üçün zəruri həcmlərin formalaşmamasına vəMilli Depozit Mərkəzinin (MDM) bu depozitarlar ilə ifrastrukturunqurulmamasına zəmin yaradıb. Lakin son dövrlərdə daxili bazariştirakçıları tərəfindən formalaşan tələb bu istiqamətdəəməliyyatların aktivləşdirilməsinə təkan verib.

Bu yöndə atılan addımlar çərçivəsində MDM ötən il risk idarəetməprosedurlarını beynəlxalq standartlara uyğunlaşdırıb, ƏL/TMMsiyasətini və bu siyasətdən irəli gələn daxili qaydaları yenidənformalaşdırır".

"MDM "Euroclear" və "Clearstream" ilə danışıqlara başlayıb vəqeyd olunan tələblərin tam şəkildə yerinə yetirilməsindən sonra budepozitarlarda hovuz hesabının açılması üçün rəsmi müraciətprosedurlarını işə salacaq. Qeyd edilməlidir ki, bu depozitarlaraüzvlüyə qəbul və hesabın aktivləşdirilməsi proseduru uzunmüddətliprosesdir.

Sözügedən əməkdaşlıq Azərbaycan kapital bazarının beynəlxalqmaliyyə sisteminə inteqrasiyasını sürətləndirəcək, yerliinvestorların xarici bazarlardakı aktivlərinin daha etibarlısaxlanılmasını və iqtisadi cəhətdən daha səmərəli idarə edilməsinitəmin edəcək", - deyə məlumatda qeyd olunub.

Seçilən
190
4
az.trend.az

6Mənbələr