Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında girov saxladığı bütün qadın və uşaqları azad edib.Tezadlar.az xəbər verir ki, bunu Siyasi Büro rəhbərinin müavini Saleh əl-Auri deyib."İsrail hələ də qadın və uşaqların əsir olduğunu təkid edir və biz onların hamısını azad etdiyimizi söylədik", - o, Əl-Cəzirə telekanalına deyib.O aydınlaşdırıb ki, Qəzza zolağında əvvəllər orduda xidmət etmiş əsgərlər və mülki şəxslər hələ də əsir götürülür. Hələ döyüşə bilən yaşlı kişilərdən də danışırıq.Həmçinin, Saleh əl-Auri qeyd edib ki, HƏMAS-ın rəsmi mövqeyi atəşkəs və fələstinlilərin İsrail nəzarətindən azad edilməsi təmin olunana qədər məhbusların mübadiləsindən imtina etməyi nəzərdə tutur. E.ŞİRİNOV
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta