AZ

Maskın Kanada vətəndaşlığı ləğv oluna bilər - 150 min imza toplanıb

Kanadada 150 mindən çox sakin ABŞ-nin Hökumət Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri, milyarder İlon Maskın Kanada vətəndaşlığının ləğv edilməsinə dair petisiyanı imzalayıb.

Day.Az xəbər verir ki, bu haqda "The Guardian" yazır.

Kanadalı yazıçı Kvalia Ridin təşəbbüsü ilə başladılan petisiyanın Kanada parlamentinin Ümumilər Palatasına təqdim olunacağı bildirilir.

Ridin fevralın 20-də başlatdığı petisiyada Kanadanın suverenliyinə qarşı bəyanatlar vermiş ABŞ prezidenti Donald Trampın "yaxın köməkçisi" olaraq Maskın "Kanadanın milli maraqlarına zidd olan hərəkətlər etməsi" pislənilir

 

Xatırladaq ki, Ağ Ev rəhbəri bir müddət əvvəl Kanada məhsullarına kəskin gömrük rüsumları tətbiq edəcəyi və lazım gəlsə, Kanadanı ABŞ-nin tərkibinə ilhaq edəcəyi ilə bağlı təhdidlər səsləndirmişdi.

Petisiyaya əsasən, Maskın Trampa yaxınlığı avtomatik olaraq onu "Kanadanın suverenliyini silməyə cəhd edən xarici hökumətin üzvünə çevirir".

Qeyd edək ki, Cənubi Afrikada doğulmuş, "Tesla", "SpaceX", "X" kimi iri şirkətlərin sahibi olan İlon Mask ABŞ vətəndaşlığı ilə yanaşı, ana xətti ilə (anası Saskatçevan bölgəsindəndir) Kanada pasportuna sahibdir.

Seçilən
146
2
day.az

8Mənbələr