AZ

Səhiyyə naziri: İndiyə qədər 40 plastik cərrahın sənədi təftiş edilib, siyahı açıqlanacaq

İndiyə qədər 40 plastik cərrahın sənədi Xüsusi Təftiş Komissiya tərəfindən təftiş edilib.

Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Xüsusi Təftiş Komissiyasının indiyə qədər 5 iclası keçirilib və komissiyaya 96 plastik cərrah sənəd təqdim edib.

"Komissiyanın fəaliyyətinin sonunda Səhiyyə Nazirliyinin rəsmi saytında plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq", - nazir əlavə edib.

© APA

Seçilən
265
14
marja.az

10Mənbələr