AZ

Azərbaycanın sədrliyi ilə İƏT-in Turizm Komitəsinin toplantısı keçirilib

Bakı. Trend:

Azərbaycanın sədrliyi ilə İranın paytaxtı Tehranda İqtisadiƏməkdaşlıq Təşkilatının (İƏT) Regional Planlama Şurasının 35-ciiclası çərçivəsində Turizm Komitəsinin toplantısı keçirilib.

Bu barədə Trend-ə Dövlət Turizm Agentliyindən məlumatverilib.

Bildirilib ki, tədbirdə Azərbaycanı qurumun aparat rəhbərininmüavini - Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikovunrəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda İƏT-in cari il üçün nəzərdə tutulan iş planı müzakirəedilib və 2025-ci ildə keçiriləcək tədbirlər siyahısı təsdiqedilib.

Görüşdə təşkilatın “Dayanıqlı turizmin inkişafı üçün regionaltədbirlər planı”na dair fəaliyyət istiqamətlərininmüəyyənləşdirilməsi, qədim İpək Yolu abidələrinin və mədəni irsininqorunması istiqamətində müvafiq tədbirlərin təşkili, üzvdövlətlərin turizm potensialının təşkilat çərçivəsində təbliğatıüzrə müzakirələr aparılıb.

Həmçinin təşkilat daxilində yaradılmış turizm sahəsi üzrəMəsləhətləşmə Komitəsinə üzv ölkələrdən müvafiq namizədlərin təqdimedilməsi razılaşdırılıb.

Təşkilatın cari il üçün tədbirlər planında yer alan “İƏT-in İpəkYolu İşçi Qrupunun 1-ci iclası”na Azərbaycanın ev sahibliyi etməsitəsdiq edilərək yekun təqvimə daxil edilib.

Məqalədə:
Seçilən
333
15
az.trend.az

10Mənbələr