AZ

Qazaxıstan bu il Aktau-Bakı-Ceyhan marşrutu ilə neft tranzitinin həcmini artıracaq

Bakı. Trend

Qazaxıstan Aktau-Bakı-Ceyhan marşrutu ilə neft tranzitininhəcmini 2025-ci ildə 1,7 milyon tona qədər artırmağıplanlaşdırır.

Trend xəbərverir ki, bunu “KazMunayqaz” (KMQ) idarə heyəti sədrinin birincimüavini Kurmanqazı İskaziyev Qazaxıstanın Energetika Nazirliyiningeniş kollegiyasında etdiyi çıxışda bildirib.

Onun sözlərinə görə, SOCAR-la bağlanmış saziş çərçivəsindəAktau-Bakı-Ceyhan istiqamətində Qazaxıstan neftinin tranzit həcmi1,4 milyon tona qədər və ya 27% artırılıb. Bu il isə bugöstəricinin 1,7 milyon tona qədər qaldırılması nəzərdətutulub.

Xatırladaq ki, 2022-ci ildə KQM və SOCAR arasında Qazaxıstanneftinin tranziti ilə bağlı baş saziş bağlanıb. 2023-cü ilin martayında Kaşaqan yatağından Azərbaycana 7 min ton neftin sınaq nəqlihəyata keçirilib. Yükdaşıyan şirkət qismində “North Caspian SeaLtd” çıxış edib.

Ümumilikdə 2024-cü ildə Qazaxıstandan daşınan nefti həcmi 83,5milyon ton təşkil edib ki, bu öncəki illə müqayisədə 4 faizçoxdur.

Məqalədə:
Seçilən
245
5
az.trend.az

6Mənbələr