AZ

Milli Məclisə Azərbaycanın D-8-ə qoşulmasına dair qanun layihəsi daxil olub

Trend:

Milli Məclisə Azərbaycanın D-8-ə qoşulmasına dair qanun layihəsidaxil olub.

Trend xəbərverir ki, qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər vəparlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasınıngündəliyinə daxil edilib.

Komitənin iclasında “İnkişaf etməkdə olan səkkiz ölkəninİqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında”qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan Respublikası 2012-ci il noyabrın22-də İslamabad şəhərində imzalanmış “İnkişaf etməkdə olan səkkizölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nəqoşulacaq.

Qanun layihəsi müzakirələdən sonra Milli Məclisin plenariclasına tövsiyə edilib.

Seçilən
262
8
az.trend.az

7Mənbələr