AZ

Pandemiya dövründə mühakimə olunan məmur VƏFAT ETDİ

Masallı rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibatı ərazi dairəsi üzrə keçmiş nümayəndəsi, adıçəkilən qəsəbənin sabiq bələdiyyə sədri İsrail Tağıyev 64 yaşında vəfat edib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, o, fevralın 27-də qəfil dünyasını dəyişib.

İ.Tağıyev şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.

Mərhum fevralın 28-də Ərkivan qəsəbəsinin Abbaslı-İsoba qəbiristanlığında dəfn olunacaq.

Seçilən
341
50
publika.az

10Mənbələr