Bakı. Trend:
Son 6 ildə qeyri-neft sektorunun özəl bölməsindəki məşğulluqsəviyyəsi 82% artıb.
Trend xəbərverir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinin baş idarəsinin rəisi Nicat İmanov bu gün Bakıdakeçirilən III dəfə “Vergi və Mühasibatlıq Zirvəsi”ndə deyib.
"Ötən illər ərzində Dövlət Vergi Xidməti (DVX) iqtisadiyyatdaşəffaflığın təmin edilməsi üçün bir sıra mühüm addımlar atıb.İqtisadiyyatın məhz qeyri-neft sektorunun inkişafı və şəffalaşmasıistiqamətində aparılmış islahatlar müsbət nəticə verib", - N.İmanovqeyd edib.
O bildirib ki, şəffalaşma sahəsində əsas indikator kimi son 6ildə aparılan islahatların nəticəsi olaraq qeyri-neft sektorununözəl bölməsindəki məşğulluq səviyyəsinin artmasını göstərməkolar:
"Son 6 ildə əmək müqavilələrinin sayında 82% artım olub. Bu dövrərzində özəl sektorda əməkhaqqı fondu 2,7 dəfə artıb. Buislahatların həyata keçirilməsində əsas məqsəd həm şəffalaşmanıtəmin etmək, qeyri-leqal əmək münasibətlərini leqal müstəviyədaşımaq, yeni iş yerlərinin yaradılması, eyni zamanda dövlətbüdcəsindən transportların həcminin azaldılması idi".
"Məhz bu müddət ərzində transportların həcmi 18% bənd aşağıdüşüb. Aktiv vergi ödəyicilərinin sayı artımı da xüsusiəhəmiyyətlidir. Ümumilikdə, 2019-cu illə müqayisədə 1,9 dəfə artıb,ƏDV ödəyicilərinin sayı isə 3 dəfəyə yaxın artıb", - deyə N.İmanovqeyd edib.