"Rospotrebnadzor" Moskvada erməni iş adamının restoranının fəaliyyətini dayandırıb.
Parol.az xəbər verir ki, qurumun saytında Moskvanın 2-ci Brestskaya küçəsi 48 ünvanında yerləşən “The Бык” restoranının fəaliyyətinin 60 gün müddətinə dayandırılması haqqında məlumat yerləşdirilib.
Qeyd olunub ki, restoranda keçirilən plandankənar təsadüfi yoxlama zamanı sanitar-epidemioloji tələblərin və texniki qaydaların çoxsaylı kobud şəkildə pozulması halları müəyyən edilib.
Qeyd edək ki, məlum restoranlar şəbəkəsi erməni iş adamı Mexak Qalstyana məxsusdur.