AZ

İsrail HƏMAS-a təzyiq etmək üçün Qəzzanın elektrikini kəsə bilər

İsrail hökuməti Fələstinin HƏMAS hərəkatını atəşkəs razılaşmasının birinci mərhələsini uzatmağa məcbur etmək üçün ona təzyiqləri artırmaq niyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət radiosu məlumat yayıb.

Qeyd edilir ki, keçən həftə İsrail Qəzza zolağına humanitar yardımın daşınmasını əngəlləyəcəyini açıqlamışdı.

“İndi isə Tel-Əviv anklavın elektrik enerjisini kəsməyi planlaşdırır”, deyə “Kan” radiosu məlumat verib.

Radi bildirib ki, İsrailin HƏMAS-ı Amerikanın atəşkəs sazişinin uzadılması təşəbbüsü ilə razılaşmağa məcbur etmək üçün görəcəyi ən ekstremal tədbir fələstinlilərin anklavın cənubuna ikinci təxliyəsi və ABŞ-nin təchiz etdiyi yeni silahlardan istifadə edərək hərbi əməliyyatların bərpasıdır. Xatırladaq ki, martın 2-də baş nazir Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinin anklavda hərbi əməliyyatları bərpa edə biləcəyini açıqlayıb.

Qeyd edək ki, tərəflər arasında atəşkəs yanvarın 19-dan qüvvəyə minib. Atəşkəs üç mərhələdən ibarət olmalı idi və bu mərhələdə İsrail və HƏMAS girovları və ölənlərin cəsədlərini dəyişdirəcəkdi. Birinci mərhələ martın 1-də başa çatıb.

Daha sonra, martın 2-də ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff tərəflərə sazişin yenilənmiş variantını təqdim edib. İsrail dərhal Amerikanın təşəbbüsünü qəbul edib. HƏMAS isə “Uitkoff planını” qəti şəkildə rədd edərək, əvvəllər yaradılmış razılaşmalara sadiqliyini bəyan edib.

Poliqon.info

Seçilən
230
50
poliqon.info

10Mənbələr