Azərbaycanda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) fəaliyyətinə heç bir ehtiyac qalmayıb.
Publika.az xəbər verir ki, bu barədə Teleqraf-a hökumətdəki mənbələrdən bildirilib.
Qeyd olunub ki, rəsmi Bakı heç bir zaman təşkilatın işindən və tutduğu mövqedən razı olmayıb. Bu da səbəbsiz deyil.
“Beynəlxalq Qızıl Xaç Komitəsi 2020-ci illərin əvvəllərində Azərbaycana xəbər vermədən Xankəndində qanunsuz ofis açmışdı. Dəfələrlə Azərbaycan tərəfi qanunsuz rejimlə imzalanmış kağız parçasını istəsə də, komitə onu rəsmi Bakıya verməmişdi.
Bundan başqa, 2020-ci ilin Vətən müharibəsindən sonra və 2023-cü il antiterror əməliyyatlarına qədər Beynəlxalq Qızıl Xaç Komitəsi Xankəndidəki ofisini bağlamadı. Bu təşkilat Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etməsini tanımırdı”, - məlumatlı mənbələr bildirib.