AZ

Ucarda açıq ərazidə yanğın

Ucar rayonu, Təzə Şilyan kəndində açıq ərazidə yanğın baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir və Ucar rayon Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində kol-kos və qamışlıq sahədə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən ərazidə yerləşən kommunikasiya xətlərinə keçməsinə imkan verilmədən söndürülüb.

Seçilən
260
17
demokrat.az

10Mənbələr