AZ

Qurumlarda hər il korrupsiya risklərinin müəyyən edilməsi aparılacaq

Bakı. Trend:

Qanunvericiliyə yeni “korrupsiya riski”, “korrupsiya risklərininidarə edilməsi”, “səlahiyyətli struktur bölmə (şəxs)” anlayışlarıdaxil edilir, “korrupsiya” anlayışı genişləndirilir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan “Korrupsiyaya qarşı mübarizə haqqında”Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.

Qanun layihəsinə əsasən, vəzifəli şəxslərin öz statusundan,təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifəsəlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəligələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sairnemətlər, imtiyazlar və ya güzəştləri istəməsi və ya alması, yaxudbu barədə təklif və ya vədi qəbul etməsi, habelə fiziki və hüquqişəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin,imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərətəklif və ya vəd olunması, yaxud verilməsi korrupsiya hesabediləcək.

Korrupsiya hüquqpozmalarının və ya korrupsiyaya şərait yaradanhüquqpozmaların törədilməsi ehtimalı korrupsiya riski hesabediləcək.

Korrupsiya risklərini azaltmaq məqsədilə korrupsiya risklərininvə həmin risklərə uyğun olaraq hədəflərin müəyyən edilməsi, eləcədə həmin risklərin təhlili, qiymətləndirilməsi və qarşısınınalınması üzrə tədbirlər görülməsi korrupsiya risklərinin idarəedilməsi hesab ediləcək.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların qəbuledilməsi və araşdırılması, maraqlar toqquşması və korrupsiyanınqarşısının alınması məsələləri üzrə konfidensial məsləhət verilməsivə korrupsiya risklərinin idarə edilməsi funksiyalarını həyatakeçirən bir və ya bir neçə səlahiyyətli struktur bölmə və yasəlahiyyətli şəxs səlahiyyətli struktur bölmə (şəxs) hesabediləcək.

Təklif olunan dəyişikliyə əsasən, orqanın (qurumun) rəhbərikorrupsiya risklərinin idarə edilməsi məqsədilə səlahiyyətlistruktur bölmə (şəxs) müəyyən edəcək. Korrupsiya risklərinin idarəedilməsi prosesinə xüsusi bilik tələb edən sahələr üzrəmütəxəssislər cəlb edilə bilər.

Orqanda (qurumda) hər il yanvarın 15-dən aprelin 15-dək əvvəlkiili əhatə edən korrupsiya risklərinin müəyyən edilməsi, təhlili vəqiymətləndirilməsi aparılacaq. Korrupsiya ilə əlaqədarhüquqpozmalar haqqında daxil olan müraciətlərinümumiləşdirilməsinin nəticələrinə əsasən fəaliyyətindən daha çoxşikayətlərin daxil olduğu struktur bölmədə və ya tabeliyində olanqurumda orqanın (qurumun) rəhbərinin qərarına əsasən digərmüddətlərdə də risklərin müəyyən edilməsi, təhlili vəqiymətləndirilməsi keçirilə bilər.

Korrupsiya risklərinin müəyyən edilməsi, təhlili vəqiymətləndirilməsi həyata keçirilərkən aşağıdakı məlumatlar nəzərəalınacaq:

  • hüquqi və fiziki şəxslər arasında keçirilən sorğularınnəticələri;
  • korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olanmüraciətlər və həmin müraciətlər əsasında aparılan araşdırmalarınnəticələri;
  • mediada, həmçinin internet informasiya ehtiyatlarında və yainformasiya- telekommunikasiya şəbəkələrində yayılan informasiya vəkorrupsiya risklərinin müəyyən edilməsi üçün mənbəyi məlum olandigər məlumatlar;
  • orqanın (qurumun) fəaliyyətini tənzimləyən hüquqi aktlar;
  • orqanın (qurumun) fəaliyyəti üçün xarakterik olan, mütəmadiolaraq baş verən korrupsiyaya şərait yaradan hallar;
  • orqanın (qurumun) fəaliyyətinə dair inzibati məhkəmə icraatındabaxılan inzibati mübahisələrin sayı, predmeti və bunlarla bağlımüvafiq qərarlar.

Korrupsiya riskləri, həmin risklərə uyğun olaraq müəyyən edilənhədəflər, eləcə də risklərin qiymətləndirilməsinin nəticələri vəbununla əlaqədar cari il üçün müəyyən edilən tədbirlər, həmçininəvvəlki il üzrə müəyyən edilmiş tədbirlərə dair görülmüş işlərbarədə məlumatlar hər il iyunun 1-dək Komissiyaya təqdimedilməlidir. Korrupsiya riskləri, həmin risklərə uyğun olaraqmüəyyən edilən hədəflər, eləcə də risklərin qiymətləndirilməsininnəticələri və görülmüş işlər barədə məlumatlar dövri olaraqictimaiyyətə açıqlanacaq.

Komissiya ona təqdim edilən məlumatların təhlili əsasındamüvafiq orqana (quruma) korrupsiya risklərinin idarə edilməsinədair tövsiyələr, həmçinin korrupsiyaya qarşı mübarizə haqqındaqanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verəbilər.

Orqanların (qurumların) fəaliyyətində korrupsiya risklərininidarə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Orqanların (qurumların) rəhbərləri korrupsiya ilə əlaqədarhüquqpozmalarla bağlı məlumatların idarədaxili qaydada verilməsimexanizmini müəyyən etməli, işçilərin və iş görən və ya xidmətgöstərən digər şəxslərin (bundan sonra işçilərin) korrupsiya iləəlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul etməksəlahiyyətinə malik subyektlər, bu subyektlərə və korrupsiyayaqarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara müraciət etməqaydaları, müraciətə baxılmanın nəticəsi və korrupsiya ilə əlaqədarhüquqpozmalarla bağlı məlumat verən şəxslərin hüquqları ilə tanışolmalarını təşkil etməlidirlər.

Orqanların (qurumların) rəhbərləri həmin orqanın (qurumun)strukturu, işçilərinin say həddi, fəaliyyət istiqamətləri, iş həcminəzərə alınmaqla korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlıməlumatların qəbul edilməsi və araşdırılması üçün səlahiyyətlistruktur bölmə (şəxs) müəyyən edəcək.

Orqanlarda (qurumlarda) çalışan işçilər korrupsiya ilə əlaqədarhüquqpozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə(şəxsə) verə bilərlər. Səlahiyyətli struktur bölmə (şəxs) özfunksiyalarını səmərəli yerinə yetirmək üçün fəaliyyətinə qanunsuzmüdaxilələri istisna edən zəruri müstəqilliyə malik olmalıdır.Səlahiyyətli struktur bölmə (şəxs) işçilər barədə həvəsləndirmə vəintizam tənbehi tədbirlərinin tətbiq edilməsi, insan resurslarınınidarə olunması və işçilərin qiymətləndirilməsində(attestasiyasında) birbaşa və ya dolayı yolla iştirak etməməlidir.Səlahiyyətli struktur bölmə (şəxs) orqanların (qurumların)rəhbərləri qarşısında hesabatlılıq və qərəzsizlik tələblərinə uyğunfəaliyyət göstərməlidir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşdaqəbul olunub.

Seçilən
197
2
az.trend.az

10Mənbələr