İranın xarici işlər naziri Abbas Arakçı İrəvana səfər edəcək.
Axar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
O xatırladıb ki, bu ilin fevralında Cenevrədə A.Arakçı ilə görüşmək imkanı olub:
“Yaxın gələcəkdə daha çox təmaslar gözlənilir. Arakçının yaxın gələcəkdə İrəvana səfər edəcəyini gözləyirik", - o qeyd edib.