Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş və şəhadətnaməalmaq istəyən taksi minik avtomobili sürücüləri üçün aprelin 30-danövbəti imtahan keçirəcək.
Trendxəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahanda iştirak etmək üçün Dövlət İmtahanMərkəzinə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərinməlumatları təqdim olunub.
"Həmin şəxslər 14 mart saat 17:00-dan 14 aprel saat 18:00-dəkqeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-ininternet saytında (https://ekabinet.dim.gov.az/)“Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək “Taksiminik avtomobillərinin sürücülərinin etik davranış və avtomobilnəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqiaktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə testimtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsiləqeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesabalazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlaryuxarıdakı keçidə yerləşdirilib.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet”yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştiraketmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavəetməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyənnamizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanı Dövlət İmtahan Mərkəzinin elektron imtahanlarkorpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50.TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər“İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdansonra, imtahana 3 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri vənəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.
İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanınamizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı iləsərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dairAzərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyitərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinətəsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanımüvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətindəetibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.
Xüsusi hazırlığın proqramı ilə aşağıda verilən link vasitəsilə tanış olmaq olar",- deyə məlumatda qeydedilib.