Bakı şəhərində daha bir park salınacaq.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Yeni park Nərimanov rayonunun Əhməd Bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin əhatəsində salınacaq.
Artıq BŞİH-in "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti yeni parkın layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı işlərə başlayıb.
Yeni parkın salınmasına nə qədər vəsaitin sərf olunacağı hələlik açıqlanmayıb.
Tarix: 17 Mart 2025, 22:51