Bakı metropoliteni Novruz bayramında gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək və bayram günləri üzrə metropolitenin hərəkət qrafikində dəyişiklik olunub.
AzNews.az bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.
Martın 20-21-də saat 07:00-dan 21:00-dək “Əhmədli - 28 May” istiqamətində qatarlar 2,5 dəqiqəlik intervalla hərəkət edəcək. Ayın 22-dən 31-dək, Ramazan bayramı günləri də daxil olmaqla həmin sahədə interval 3 dəqiqə təşkil edəcək.
Xətlərin birləşdiyi “28 May” stansiyasından sonra - “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində qatarların hərəkəti qeyd edilən tarixlər üzrə müəyyən edilmiş intervaldan iki dəfə artıq olacaq.