
Bu gün Azərbaycanda qısaldılmış iş günüdür.
Missiya.Az xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.
Qeyd edək ki, 20-24 mart tarixlərində Novruz bayramı, 30 və 31 mart Ramazan bayramı iş günü hesab edilməyən rəsmi bayram günləri kimi qeyd olunur.