AZ

Azərbaycanda 21 yaşına çatmış şəxslər mülki odlu silah əldə edə biləcəklər

Azərbaycanda 21 yaşına çatmış şəxslər mülki odlu silah əldə edə biləcəklər.

Aznews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mülki silah (odlu silah istisna olmaqla), əldə edə bilərlər. Eyni zamanda, Azərbaycan Respublikasında iyirmi bir yaşına çatmış vətəndaşların mülki odlu silah əldə edə bilərlər.

Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsində də dəyişiklik edilib. Belə ki, 228-ci maddə (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) yeni redaksiyada verilib.

Dəyişikliyə əsasən, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd olunan əməllər qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə; təkrar törədildikdə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə – üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Seçilən
245
25
aznews.az

10Mənbələr