AZ

Yakutiyalı sahibkar xanımın özünü Ledi Qaqaya bənzətməsi gündəm oldu - FOTO/VİDEO

Yakutiyadan olan sahibkar öz müəssisəsini reklam etmək üçün seçdiyi qeyri-adi yolla bir çoxlarını təəccübləndirib.

Belə ki, o, çiy ətdən paltar geyinib və onunla fotosesiya edib.

Qeyd edək ki, rusiyalı qadın yarımfabrikat sexinin sahibəsidir və o, bu yolla müəssisəsinin dörd illiyini qeyd etmək istəyib.

Sahibkarın sözlərinə görə, ət həqiqi olub və çəkiliş üçün xüsusi hazırlanıb.

“Bəli, əsl ət idi. Fotosessiyadan sonra onu dondurdum”, - deyə sahibkar qeyd edib.

Sahibkarın bu addımı sosial şəbəkələrdə geniş müzakirə edilib. İnsanlar həmin xanımın özünü ABŞ-li müğənni Ledi Qaqaya bənzətdiyini qeyd ediblər.

Seçilən
815
1
seher.media

10Mənbələr