Rusiyanın ABŞ-a yeni təyin edilən səfiri Aleksandr Darçiyev artıq Vaşinqtondadır.
Axar.az xəbər verir ki, bu barədə TASS mənbələrinə istinadla məlumat yayıb.
Qeyd edək ki, fevralın 18-də Moskva ilə Vaşinqton arasında Ər-Riyadda keçirilən danışıqlarda səfirlərin təyin edilməsi barədə razılıq əldə edilib.
Rusiya Prezidenti Vladimir Putin martın 6-d Aleksandr Darçiyevin Rusiyanın ABŞ-dakı səfiri təyin edilməsi haqqında fərman imzalayıb.