AZ

Milli Məclisin plenar iclası başlayıb

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb.

Toplantıya parlamentin sədri Sahibə Qafarova sədrlik edir.

Baş nazir Əli Əsədov və hökumət üzvləri iclasda iştirak edirlər.

Toplantının gündəliyinə 22 məsələnin müzakirəsi daxildir.

Həmin məsələlər aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi (üçüncü oxunuş)

2. “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (üçüncü oxunuş)

3. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (üçüncü oxunuş)

4. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (üçüncü oxunuş)

5. “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (üçüncü oxunuş)

6. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

7. Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

8. “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

9. “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

10. “Banklar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

Seçilən
313
50
aznews.az

10Mənbələr