Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovun atası Həbib Talıbov dünyasını dəyişib.
Ölkə.az-ın məlumatına görə, o, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bir ildən artıqdır ki, xərçəng xəstəliyi ilə mübarizə aparırdı.
Mərhumun nəşi Ramana kənd qəbiristanlığında torpağa tapşırılacaq. Hüzr mərasimi isə Heydər Məscidində təşkil olunacaq.
Həmidə İbrahimova