AZ

Bakı bu şəxsləri bizdən tələb edəcək - Xaçatryan

Azərbaycan böyük ehtimalla Ermənistana yeni tələblər irəli sürüb.

Axar.az xəbər verir ki, bu sözləri müxalif “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan martın 28-də parlamentdə keçirilən ənənəvi brifinqdə deyib.

“Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdə deputatlarla sonuncu görüşündə davranışı bunun ən bariz təsdiqidir”, - deputat iddia edib.

Xaçatryan Bakının iki Qarabağ müharibəsi iştirakçılarının ekstradisiyasını tələb edə biləcəyini istisna etməyib:

“Mən istisna etmirəm ki, Bakı hətta konkret müddət də təyin edə bilər”.

Seçilən
131
3
axar.az

4Mənbələr