AZ

Ölkəyə idxal edilən buğdanın həcmi azalıb

Bu ilin oktyabrında ölkəyə idxal edilən buğdanın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% azalaraq 156 947 ton təşkil edib.

2023- cü ilin sentyabrında Azərbaycana gətirilmiş buğdanın orta idxal qiyməti 404.35 manata bərabər olub.
 
Azərbaycanın taxıla olan illik tələbatı 3,5 milyon ton təşkil edir. Bunun 1,4 milyon tonu idxal olunur. Azərbaycan əsasən taxılı Rusiya və Qazaxıstandan idxal edir. Hazırda Rusiya taxılının bazarda orta qiyməti 1 ton üçün $365, Qazaxıstan taxılının qiyməti isə $370-dır. 
 
Azərbaycanda taxıl əsasən Şəki, Beyləqan, Ağcabədi, Ağstafa və Tovus bölgəsində yetişdirilir. 2023-cü ildə artıq Qarabağın Ermənistan işğalından azad edilən ərazilərində də ildə 100 ton buğda əldə ediləcəyi gözlənilir
 
Gülnae Nazimqızı

www.anews.az
Seçilən
161
1
anews.az

5Mənbələr