AZ

Almaniyanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, rəsmi Berlin üzr istədi - Məktub (Yenilənib)

Almaniya Prezidenti Administrasiyası bu ölkənin Prezidentinin sosial media profilində yerləşdirilmiş postla bağlı Azərbaycan tərəfinə üzrxahlıq edib.

Mia.az AZƏRTAC-a istinadla həmin üzrxahlıq məktubunu təqdim edir:

"Hörmətli Hikmət Hacıyev,

Martın 31-də Almaniyanın Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, görüş zamanı, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağını” paylaşmaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı edilmiş paylaşıma görə kəskin etiraz bildirilib.

Bölgəyə səfər zamanı bu açıq siyasi təxribatın qəbuledilməz olduğu, Almaniya tərəfinin bu paylaşıma görə ictimai şəkildə üzrxahlıq etməsinin zəruriliyi diqqətə çatdırılıb.

Seçilən
228
49
mia.az

10Mənbələr