Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin sıxlığının qisməntənzimlənməsi məqsədilə 1 aprel tarixindən Abşeron dairəvi dəmiryolmarşrutu üzrə qatarların qrafikini optimallaşdırıb.
Bu barədə Trend-ə ADY-dən bildirilib.
Qeyd edilib ki, bu marşrut üzrə həftənin iş, şənbə və bazargünləri ümumilikdə 61 reys əlavə olunub. İş günləri və ya həftəiçireyslərin sayı 66-dan 92-yə çatdırılıb, xüsusən günorta saatlarındaqatarlararası interval azaldılıb.
İlk dəfə olaraq qatarların iş günləri, şənbə və bazar günləriüçün ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib.
İş günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrəreyslərin sayı 24-dən 36-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutuüzrə 42-dən 56-ya çatdırılıb.
Sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq,Bakı–Xırdalan–Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunub(əvvəlki qrafiklə sonuncu qatar 19:35-də idi). Bu, işdən evəqayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır.
Eyni zamanda, Bakı–Xırdalan–Sumqayıt istiqamətində səhərreysləri də optimallaşdırılıb. Belə ki, bu vaxtadək saat 07:20-dənSumqayıtdan çıxan qatar Bakıya 08:01-də çatırdı. Yeni qrafiklə saat06:15-də çıxan qatar Bakıya 06:56-da çatır. Bundan başqa,Xırdalandan Bakıya birbaşa hərəkət edən yeni FLIRT qatarı Bakıya07:15-də çatır. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavəimkanlar yaradır. Həmçinin bu istiqamətdə səhər saatlarında hərəkətedən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarındadayanacaq verilib.
Şənbə günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrəreyslərin sayı 10-dan 16-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrəreyslərin sayı isə 20-dən 36-ya çatdırılıb.
Optimallaşdırma çərçivəsində həftənin bazar günləri üçün dəxüsusi qrafik tərtib olunub. Belə ki, yeni cədvələ əsasən, bazargünləri Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı10-dan 15-ə, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayıisə 20-dən 28-ə çatdırılıb.
Şəhərətrafı istiqamət olan Bakı–Xırdalan–Bakı istiqaməti üzrəilk dəfə olaraq birmərtəbəli FLIRT qatarı xəttə buraxılıb. Bununlaəlaqədar olaraq Biləcəri stansiyasında 550 mm-lik yeni platformatikilib, Sumqayıt istiqamətində mövcud 1100 mm-lik platformanın birhissəsi endirilərək 550 mm-lik ölçüyə salınıb. Xırdalanstansiyasında isə mövcud platforma 550 mm-lik ölçüyəuyğunlaşdırılıb.
Stansiyalarda da bir sıra yeniliklər həyata keçirilib. Belə ki,Biləcəri stansiyasında 1 kassa və 1 yeni turniket zalı tikilib,Xırdalan stansiyasında turniket zalı genişləndirilib, Məmmədlistansiyasında isə turniket sayı 4-dən 10-dək artırılıb.
Yeni reyslərin optimallaşdırılması xüsusilə pik saatlardasərnişinlərin rahat və vaxtında mənzil başına çatmasını təmin etməkməqsədi daşıyır. Bütün bu dəyişikliklər Abşeron dairəvi dəmiryolmarşrutunda günlük sərnişindaşıma sayını hazırkı 37-38 min nəfərdən48-50 min nəfərə qədər artırmağa imkan verəcək.
Sərnişin daşımalarında etibarlı daşıyıcı olan ADY davamlı olaraqdəmiryol infrastrukturunu sağlamlaşdırır və hərəkətintəhlükəsizliyinə ciddi önəm verir. Yeni reyslərinoptimallaşdırılması xüsusilə pik saatlarda sərnişinlərin rahat vəvaxtında mənzil başına çatmasını təmin etmək məqsədi daşıyır.
ADY Abşeron dairəvi dəmiryol xəttində infrastrukturunsağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təminedilməsi məqsədilə ötən ilin aprel ayından Sumqayıt–Pirşağısahəsində təmir işləri həyata keçirir. Xidmət sahələrində davamlıolaraq aparılan yenidənqurma və təmir işləri sərnişinlərin mənzilbaşına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir.