AZ

Netanyahu FİKRİNİ DƏYİŞDİ - Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyinat LƏĞV EDİLDİ  

İsrailin Baş naziri Benyamin Netanyahu Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Eli Şarviti Şin Betin - Təhlükəsizlik Xidmətinin növbəti rəhbəri təyin etmək qərarını ləğv edib.

Parol.az xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

Baş nazirin ofisi bildirib ki, Nazirlər Kabinetinin Təhlükəsizlik Xidmətinin (Şin-bet) keçmiş rəhbəri Ronen Barın yerinə yeni namizədlər nəzərdən keçiriləcək.

Netanyahu bu plan dəyişikliyinin səbəblərini izah etməyib.

Seçilən
261
6
parol.az

7Mənbələr