Azərbaycan Basketbol Liqasında XX tura start verilib.
Sportinfo.az xəbər verir ki, müntəzəm çempionatın son turunun ilk günündə bir matç baş tutub
B qrupunun görüşü Lənkəranda keçirilib. Qrupun autsayderi “Lənkəran” lider “Şəki” ilə görüşüb. Meydan sahibləri ilk periodda üstün olsalar da, yekunda 29 xallıq fərqlə uduzublar.
Beləliklə, “Şəki” pley-offa yüksəlib. “Lənkəran” isə mübarizəni pley-ində davam etdirəcək.
Qeyd edək ki, tura aprelin 6-da yekun vurulacaq.
“Lənkəran” – “Şəki” 78:107 (23:22, 20:29, 22:32, 13:24)
Lənkəran OİK
| yer | komanda | O | Q | M | X |
| 1 | Şəki | 20 | 16 | 4 | 36 |
| 2 | Gəncə | 19 | 14 | 5 | 33 |
| 3 | Ordu | 19 | 12 | 7 | 31 |
| 4 | Sumqayıt | 19 | 8 | 11 | 27 |
| 5 | Quba | 19 | 5 | 14 | 24 |
| 6 | Lənkəran | 20 | 3 | 17 | 23 |