AZ

Lukaşenko Putini Belarus və Rusiya xalqlarının birliyi günü münasibətilə təbrik edib

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarını Belarus və Rusiya xalqlarının birliyi günü münasibətilə təbrik edib...

Poliqon xəbər verir ki, təbrik məktubu Belarus liderinin saytında dərc olunub.

Belarus rəhbəri qeyd edib ki, Belarus və Rusiya arasında inteqrasiya layihəsi onlara dövlət quruculuğunun müxtəlif sahələrində əvəzsiz təcrübə qazanmağa imkan verib. İki ölkə iqtisadiyyatının böyük yaradıcı potensialını üzə çıxarmağa, istənilən mürəkkəblikdə olan problemlərin geniş spektrini birgə həll etməyə kömək edən alətlər formalaşdırmağa kömək edib.

Lukaşenko əmin olduğunu bildirib ki, siyasi dialoqun intensiv xarakter daşıması, hökumətlərarası və idarələrarası sıx əməkdaşlıq bundan sonra da belarusların və rusların maraqlarına uyğun olaraq iki ölkə rəhbərliyinin qəbul etdiyi sənədlərin səmərəli həyata keçirilməsinə kömək edəcək.

Lukaşenko ruslara ünvanladığı təbrik məktubunda vurğulayıb ki, Belarus və Rusiya vətəndaşlarının rifahı inteqrasiya layihəsinin prioritetidir. Bu layihənin əsas məqsədi vətəndaşların bərabər hüquqları, sosial təminatlar, seçim azadlığı və tibb, təhsil, pensiya təminatı sahələrində keyfiyyətli xidmətlərdən istifadə etməkdir.

Müasir həyat göstərir ki, Belarus və Rusiya yalnız birlikdə zamanın çağırışlarına uğurla tab gətirə bilərlər. Nə qədər ki, bu iki ölkə bir yerdədir, onlar yenilməzdirlər, Lukaşenko öz fikrini bildirib.

Belarus lideri ruslara cansağlığı, firavanlıq, ailə istiliyi və əmin-amanlıq arzulayıb.

Poliqon.info 

Seçilən
273
45
poliqon.info

10Mənbələr