AZ

Abdel Fattah Al-Burhan Azərbaycan liderini təbrik edib

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Pravda.az xəbər verir ki, məktubda deyilir:

 

"Zati-aliləri.

 

Ramazan bayramı münasibətilə Sizi öz adımdan və Sudan xalqı adından təbrik etməkdən böyük məmnunluq duyur və ən xoş arzularımı çatdırıram. Uca Allahdan Sizə möhkəm cansağlığı və bol ruzi-bərəkət diləyirəm.

 

Arzu edirəm ki, bu bayram qardaş ölkələrimizə və bütün müsəlman xalqlarına rifah, sülh, əmin-amanlıq gətirsin.

 

Ramazan bayramınız mübarək!

 

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

Tarix: 3 Aprel 2025, 18:18   
Seçilən
94
8
pravda.az

10Mənbələr