AZ

Ana üç övladından başqa kişiyə görə imtina edibmiş - TƏFƏRRÜAT

Ötən gün övladından imtina edən ana "TikTok" sosial şəbəkəsində tanış olduğu şəxsin yanına getmək üçün əvvəlcə uşaqlarını ruhi sağlamlıq problemi olan atalarının yanında qoyubmuş.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.

Daha sonra atanın onlara baxa bilməyəcəyini anlayaraq övladlarını sığınacağa gətirib.

Uşaqların bir müddət sığınacaqda qaldıqdan sonra körpələr evinə təhvil veriləcəyi gözlənilir.

Qeyd edək ki, böyüyün 12, digərlərinin 11 və 3 yaşı olan uşaqlar "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.


Telegram kanalımız
Seçilən
304
10
yenisabah.az

10Mənbələr