"Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında virusa yoluxan uşaqlardan biri xəstəxanadan çıxarılıb.
Birliyin rəhbəri Kəmalə Ağazadə Oxu.Az-a açıqlamasında belə deyib.

O qeyd edib ki, rotavirusa yoluxan uşaqlardan biri artıq sağalıb və xəstəxanadan buraxılıb, digər üç uşağın müalicəsi isə davam edir.
"Ötən gün daha bir uşağı da xəstəxanaya aparmalı olmuşduq. Hazırda hər üç uşağın vəziyyəti stabildir. Sığınacaqdakı uşaqların da müalicəsi bitib. Aralarında yeni yoluxan yoxdur", - deyə K.Ağazadə bildirib.
Xatırladaq ki, aprelin 1-də "Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında səkkiz uşağın rotavirusa yoluxması ilə bağlı məlumat vermişdik.
7Mənbələr
-
demokrat.azBakıda sığınacaqda virusa yoluxan uşaqların son vəziyyəti AÇIQLANIB ( 16366119)
-
poliqon.infoBakıda sığınacaqda virusa yoluxan uşaqların son vəziyyəti açıqlanıb ( 16366017)
-
konkret.azSığınacaqda virusa yoluxan uşaqların son durumu ( 16365973)
-
avtosfer.azBakıda sığınacaqda virusa yoluxan uşaqların son vəziyyəti AÇIQLANDI ( 16365545)
-
moderator.azBakıda sığınacaqda virusa yoluxan uşaqların son vəziyyəti AÇIQLANDI ( 16365387)
-
hakimiyyet.azBakıda sığınacaqda virusa yoluxan uşaqların son vəziyyəti AÇIQLANIB ( 16364545)
-
oxu.azBakıda sığınacaqda virusa yoluxan uşaqların son vəziyyəti AÇIQLANIB ( 16364417)