AZ

Rövşən Rüstəmov rəisi vəzifəsindən azad etdi

  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin (Tibb Xidməti) rəisi işdən çıxarılıb.

Referans.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, 2014-cü ildən sözügedən xidmətin rəisi olan, “Əməkdar həkim” adını daşıyan Adil Əvəz oğlu Şükürov vəzifəsindən azad olunub.

Digər əmrlə Həkim-Sanitar Xidmətinin rəisi vəzifəsinə Fəxrəddin Azad oğlu Hümbətov təyin edilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.  

Seçilən
139
9
referans.az

10Mənbələr