Şəmkirdə güclü külək fəsadlar törədib.
Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, güclü külək rayonun Şiştəpə kəndində yerləşən Qalib Allahverdiyev adına tam orta məktəbin dam örtüyünü uçurub. Xəsarət alan olmayıb.
Bu gündən müvəqqəti olaraq məktəbin şagirdlərinin tədrisini qonşu Vüqar Alırzayev adına İrmaşlı kənd tam orta ümumtəhsil məktəbində davam etdirməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2000-ci ildə inşa edilən məktəb 340 şagird yerlikdir.