AZ

Fransa HƏMAS liderlərindən birinin aktivlərini dondurdu

Tarix: 5 Dekabr 2023 16:46

Fransa HƏMAS-ın liderlərindən biri olan Yahya Sinvarın aktivlərinin dondurulduğunu elan edib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
"Yahya Sinvarın sahib olduğu və ya ona nəzarət etdiyi vəsaitlər, iqtisadi resurslar dondurulur", - telekanal bildirib.
Qeyd edilib ki, Y.Sinvarın aktivlərinin dondurulması altı ay müddətinə tətbiq edilir.
Milli.Az

Seçilən
59
6
sonxeber.net

7Mənbələr