AZ

Qaraçuxurda manyak peyda olub? – Polis ifadəsini aldı

Bakıda məktəb yaxınlığında azyaşlı qızlara qarşı əxlaqsız hərəkətlər etdiyi iddia edilən şəxs polisə çağırılıb.

KONKRET.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Lent.az-a bildirib ki, sosial şəbəkələrdə paylaşılan məktəb ətrafında bir nəfərin neqativ hərəkətlərilə bağlı ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb.

Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.

Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib.

Hər iki tərəf verdikləri izahatda bunun anlaşılmazlıq olduğunu bildiriblər.

Seçilən
131
8
konkret.az

10Mənbələr